Hər müsahibəsində gözəllik sirlərini verən keçmiş aparıcı və yeni müğənni Defne Samyeli Çinli araşdırmaçıların diqqətini çəkib.
Qaziler.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, Çinin Xiamen Universitetində genetika sahəsində çalışan bir qrup tədqiqatçı dünyanın genetik mənşəyi və dəri gəncliyi ilə bağlı müxtəlif ölkələrdən nümunələr üzərində işləyir. Apardığı araşdırmada Türkiyədən Defne Samyelini də tədqiq edəcəkləri ortaya çıxıb.
Universitetin dəvəti ilə önümüzdəki aylarda Pekinə getməyə hazırlaşan Samyelinin həm genetika, həm də dəri gəncliyi ilə məşğul olan tədqiqatçılarla toplantıda görüşəcəyi, həm də 4 min nəfərin qarşısında dəri sağlamlığı və gözəlliyi mövzusunda konfrans verəcəyi qeyd edilib.
"Həqiqətən çox təəccübləndim. Yaxın Şərqdən marağın olmasına öyrəşmişəm, lakin Uzaq Şərqdən məni izləyən və hətta araşdıran belə bir kadrın olduğunu bilmək, bu qədər insanın məni dinləmək üçün konfransa gələcəyini öyrənmək böyük bir sürpriz oldu”, - keçmiş aparıcı qeyd edib.
QAZİLER.AZ