“Master Chef”in münsifi Mehmet şef niyə veriliş boyu əli cibində gəzir? - FOTO

“Master Chef”in münsifi Mehmet şef niyə veriliş boyu əli cibində gəzir? - FOTO backend

Türkiyənin sevilən yemək yarışı “Master Chef”in münsiflərindən biri olan, özünəməxsus tərzi, sərt duruşu ilə diqqətləri üzərinə çəkən Mehmet Yalçınkaya haqqında maraqlı bir fakt ortaya çıxıb.

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, iştirakçılara verdiyi məsləhətləri ilə ürəklərdə taxt quran şef əslində mehriban insandır. Lakin veriliş boyu bir əlinin davamlı cibində olması onunla bağlı acı bir həqiqəti üzə çıxarıb.

Mehmet Yalçınkaya işlədiyi məxbəxin ət çəkən maşınında barmaqlarını itirib. Bu faciəvi hadisədən sonra tanınmış yemək ustası əlini cibində tutmağı vərdiş halına gətirib. Veriliş boyu onun bu vəziyyətdə iştirakçılar arasında olması məhz bu hadisədən qaynaqlanır.

QAZİLER.AZ

Diaspora