“Renault” gələcək modelini elan etdi: “Kardian”

“Renault” gələcək modelini elan etdi:  “Kardian” backend

“Renault”  beynəlxalq B seqmentli SUV modelinin adını açıqlayıb.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, “Renault”un beynəlxalq bazarlar üçün yeni istehsal edəcəyi yolsuzluq avtomobili “Kardian” adlanacaq.

Yeni B SUV oktyabrın 25-də Rio-de-Janeyroda “Renault”un beynəlxalq strategiyasını açıqlayacağı tədbirdə təqdim olunacaq.

Avtomobilin B SUV sinfində “Clio” əsaslı avtomobil olacağından başqa heç bir məlumat yoxdur.

Bəzi iddialara görə, model “Dacia Sandero Stepway”in “Renault” versiyası ola biləcəyi deyilir.

QAZİLER.AZ

Diaspora