Çəkdiyi filmlər və bəstələdiyi musiqilərlə böyük rəğbət qazanan Ata Dəmirer verdiyi artıq çəkiləri ilə diqqət çəkməyə başlayıb.
Qaziler.az xəbər verir ki, aktyor son halını paylaşıb.
Qeyd edək ki, məşhur komediya ustası ötən ildən arıqlamağa qərar verib. Belə ki, o, 5 ayda 22 kilo arıqlayıb. Cunda səfərini paylaşan Ata Demirerin son görünüşü hər kəs tərəfindən bəyənilib. Onun arıqlama üsulu isə maraq doğurub.
"Səhər bir dilim yeyirəm, ömrümün sonuna qədər belə olacaq. Mən bunu əməliyyatsız etsəm necə olacaq deyə düşündüm. Günorta-axşam çörək yemədim, gündə bir saat ya gəzdim, ya da gəzmədim, bu qədər. Həftədə bir dəfə düyü və ya makaron yeyirəm”, - aktyor arıqlama sirrini verib.
QAZİLER.AZ