Türkiyənin Milli Müdafiə Nazirliyindən Prezidentlik Dövlət Arxivinə təhvil verilən Atatürk Kolleksiyasında Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün əlyazma qeydləri araşdırılmağa başlanılıb.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, Arxivlər və Hərb Tarixi İdarəsindən 8 kolleksiya tədqiqatçıların istifadəsinə verilib.
Sənədlər arasında Mustafa Kamal Atatürkün 1907-ci ildə aldığı Orta Asiya türk tarixi, hunlar, göytürklər və uyğurlarla bağlı qısa qeydlər var.
Atatürkün Göytürk kitabələrindən Şərq türklərinə, türklərin həyat tərzindən Qafqaza və Anadoluya, ilk qurulan türk dövlətlərinə qədərki məlumatları Osmanlı və bəzən də latın hərflərindən istifadə edərək tərtib etdiyi görünür.
QAZİLER.AZ