Türkiyənin məşhur müğənnisi Serdar Ortaç həyatı ilə bağlı yeni qərarlarını açıqlayıb.
Qaziler.az xəbər verir ki, son zamanlar “TikTok”da canlı yayımları ilə diqqət çəkən pop müğənnisi Serdar Ortaç açıqlamaları ilə təəccübləndirməyə davam edir.
53 yaşlı pop ifaçısı bu yay sonuncu qastrol səfəri təşkil edəcəyini, bundan sonra musiqini atıb kənddə yaşayacağını və orada namaz qılmağa başlayacağını açıqlayıb.
"Namaza başlayacağam, amma indi zamanı deyil. 60 yaşımda başlayacam. İndi namaz qıl, axşam səhnəyə çıx, sonra sənə içki versinlər. Nə işə yaradı? Savab edirəm, yoxsa günah? Məni bu həyatda ən çox nə xoşbəxt edər? Məni heç bir şey xoşbəxt etməz. Məni Allahın mərhəməti xoşbəxt edər”, - deyə Sərdar Ortaç canlı yayımda sevənləriylə danışarkən deyib.
QAZİLER.AZ