Yumurta formalı uçan avtomobil: “Airscooter” - FOTO

Yumurta formalı uçan avtomobil: “Airscooter” - FOTO backend

Qeyri-adi yumurta formalı uçan avtomobil "Airscooter" səmada saatda 100 km sürətlə uça bilir.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, dizaynerləri hər kəsin onu uçura biləcəyini iddia edirlər.

Avtomobillərə alternativ olaraq hazırlanan “Airscooter” hibrid motorlu rotor qanadları sayəsində havada saatda 100 km sürətlə hərəkət edə bilir.

Çox aşağı təcrübəyə malik olan hər kəs avtomobili yumurta formalı xüsusi kabinənin içərisindən idarə edə və 2900 metrə qədər yüksəklikdən ətrafa baxa biləcək.

Pik saatlarda avtomobillə təxminən iki saat çəkəcək səyahət “Airscooter”də cəmi 10 dəqiqəyə enəcək.

"Airscooter" üçün konsept görüntüləri fransız Franki Zapatanın fikirlərini həyata keçirmək üçün qurduğu Zapata tərəfindən ortaya çıxıb.

“Airscooter” birbaşa havaya uça bilən, uçuş-enmə zolağına ehtiyacı azaldan şaquli qalxma və eniş (VTOL) təyyarəsidir.

“Airscoote” 115 kq ağırlığındadır. Bu demək olar ki, iki insanın çəkisinə bərabərdir. Ancaq təyyarəyə eyni vaxtda yalnız bir nəfər sığa bilər.

Firma “MailOnline”a bildirib ki, “Airscooter” avtomobillərə alternativ olaraq geniş ictimaiyyət üçün nəzərdə tutulsa da, insanların ala bilməsi üçün satışa çıxarılmayacaq. Bunun əvəzinə insanlar 40 dəqiqəyə qədər  uçuşlar edib, bunun üçün müəyyən məbləğ ödəyəcəklər. Həmin məbləğ isə hələlik məlum deyil.

QAZİLER.AZ

Diaspora