“Rolls-Royce Coachbuild” bölməsi dörd illik çalışmalardan sonra “La Rose Noire” adlı xüsusi modelini hazırlayıb.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, dünyada cəmi 4 ədədlə məhdudlaşan “La Rose Noire” modeli artıq diqqətləri üzərinə çəkməyi bacarıb.
Lüks avtomobil istehsal tarixində yaratdığı ən möhtəşəm parke naxışı ilə diqqət çəkir. Eyni zamanda, brend müasir dövrdə ilk dəfə olaraq “roadster” kuzov tipinin müasir prototipini təqdim edib.
“Rolls-Royce”un “La Rose Noire” modeli polad, alüminium və karbon lifindən hazırlanmış yeni monokok şassiyə malikdir.
6,75 litrlik tvin-turbo V12 mühərriki ilə təchiz edilən avtomobil 593 at gücünə malikdir və 800 Nm fırlanma anı hasil edir.
0-dan 100-ə 5 saniyəyə sürətlənən “Rolls-Royce La Rose Noire” maksimal sürətlə 250 km/saata çata bilir.
Avtomobil çıxarıla bilən sərt tavan dizaynı ilə iki fərqli xüsusiyyətə malikdir. Dam olmadan Droptail incə, üstü açıq roadsterə bənzəyir.
Dam örtüyü quraşdırıldıqda isə avtomobil cəlbedici kupeyə çevrilir.
QAZİLER.AZ