Yeni intihar növü: Bu il “selfi“ 12 nəfərin həyatına son qoyub

Yeni intihar növü: Bu il “selfi“ 12 nəfərin həyatına son qoyub backend

2015-ci ildə öz şəklini çəkmək istəyən ("selfi") 12 nəfər həyatını itirib, köpək balığının qurbanı isə 8 nəfər olub. Bu barədə “Mashable” portalının məlumatında deyilir. Beləliklə, “selfi” insanlar üçün yırtıcı balıqlardan daha təhlükəlidir. Trend Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən məlumat verir ki, on iki ölüm halının 4-ü fotoşəkil çəkənlərin müxtəlif obyektlərdən yıxılması nəticəsində baş verib.

“Selfi” həvəskarlarının ölümləri ilə nəticələnən ən geniş yayılmış səbəb qatarlarla əlaqədardır. Belə ki, bu hallar qurbanlar ya qatar fonunda, ya da dəmir yolunda, yaxud onun ətrafında müəyyən təhlükəli konstruksiyalarla şəkil çəkməyə çalışan zaman baş verib.

Bildirilir ki, ekstremal və hətta qanunsuz xatirə fotoşəkili çəkdirmək istəyənlərin sayı durmadan artır. ABŞ-ın Denevr parklarının birində ayı ilə “selfi” çəkdirməyə cəhddən sonra administrasiya heyvanxananın fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Həmçinin bir sıra görməli yerlər və onların yaxınlığı fonunda şəkil çəkdirmək qadağan edilib.

“Vokruq Sveta” yazır ki, hətta ekstremal olmayan “selfi” acı nəticələrə gətirib çıxara bilər. Belə ki, ABŞ həkimləri tez-tez birgə “selfi” çəkən yeniyetmələr arasında qoturluq xəstəliyinin yayılmasını bildiriblər.
Diaspora