“Lamborghini” ilk elektrikli avtomobilini rəsmi olaraq təqdim etdi - FOTO

“Lamborghini” ilk elektrikli avtomobilini rəsmi olaraq təqdim etdi - FOTO backend

İtaliyanın avtomobil istehsalçısı “Lamborghini” ilk tam elektrikli super avtomobili “Lanzador”u təqdim edib.

Qaziler.az xarici KİV-ə istinadla 1341 at gücünə malik canavarın xüsusiyyətlərinə daha yaxından nəzər salır.

Belə ki, şirkət Monterey Avtomobil Həftəsi çərçivəsində ilk dəfə öz avtomobilini nümayiş etdirib.

Fantastik filmlərindən çıxmış kimi görünən avtomobildə “Urus” və “Sian” modellərinin izləri var.

“Lamborghini” hələ “Lanzador”un diapazonu, akkumulyatoru, şarj doldurma qabiliyyəti və 0-dan 100-ə nə qədər çıxdığı kimi texniki detalları hələ açıqlamayıb.

Avtomobil haqqında bilinən ən vacib şey onun 1341 at gücünə bərabər olan 1 meqavat güc istehsal edən ikiqat mühərriklə gəlməsidir.

Şirkət hazırda konsept mərhələsində olan avtomobilini 2028-ci ildə satışa çıxarmağı planlaşdırır.

QAZİLER.AZ

Diaspora