Yeni nəsil "Fiat Panda" 2024-cü ildən satışa çıxarılacaq. Avtomobilin həm benzin, həm də elektrik versiyaları ilə yola çıxacağı gözlənilir.
Qaziler.az xəbər verir ki, "Fiat Panda” 1980-ci illərin əvvəllərində italyan avtomobil istehsalçısı “Fiat” tərəfindən təqdim edilmiş yığcam şəhər avtomobili modeli kimi seçilir.
İlk dəfə 1980-ci ildə Cenevrə avtosalonunda təqdim edilən “Panda” praktik dizaynı, qənaətcil yanacaq sərfiyyatı və şəhər istifadəsinə uyğunluğu ilə diqqət çəkib.
“Fiat Panda” Avropada satışa çıxarılan ən qədim avtomobillərdən biri kimi tanınsa da, onun hazırkı versiyası 2011-ci ildən bazardadır. Ancaq bu hal tezliklə dəyişəcək.
Belə ki, “Fiat”ın gələn il yeni nəsil “Panda” modelini təqdim edəcəyi gözlənilir. “Fiat” çox güman ki, tam elektrikli versiyasını təqdim edəcək, lakin kiçik benzin mühərrikli yumşaq hibrid modelin olması da gözlənilir.
Tam elektriklə işləyən “Panda”nın 25 min avrodan aşağı qiymətə satılacağı qeyd edilib.
Hələlik yeni Fiat Panda ilə bağlı əlavə məlumat yoxdur. Detallar əldə olunduqca paylaşılacaq.
QAZİLER.AZ