Teylor Sviftin həyatı və mahnıları universitetdə müzakirə olunacaq - FOTO

Teylor Sviftin həyatı və mahnıları universitetdə müzakirə olunacaq - FOTO backend

Bugünə qədər bir çox rekorda imza atan və sevilən  dünya şöhrətli müğənni Teylor Sviftin  həyatı ABŞ-da psixologiya dərsində işıqlandırılacaq.

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, uğurlu müğənninin həyatı və mahnıları ABŞ-ın Arizona Dövlət Universitetində "Taylor Swift's Psychology - Advanced Topics of Social Psychology" kursunda keçiriləcək.

“ASU News”un xəbərinə görə, kursu tədris edəcək psixologiya bölməsinin tələbəsi Aleksandra Vormley mövzunun sosial psixologiya çərçivəsində Teylor Sviftin yaradıcılığını, münasibətlərini və fanatlarını əhatə edəcəyini bildirib. Vormley bildirib ki, dərsin məqsədi müğənninin həyatını təhlil etmək deyil.

Sviftin böyük pərəstişkarı olmadığını etiraf edən kurs müəllimi sosial psixologiyanı müğənninin həyatı və yaradıcılığı ilə öyrətməyin daha maraqlı olacağını düşünür.

Qeyd edək ki, sonuncu albomu “Midnights” ilə rekordlara imza atan “Grammy” mükafatlı müğənni hazırda “Eras” turu ilə qastrol səfərindədir.

QAZİLER.AZ

loading...
Diaspora