Enerji səmərəliliyinə və ekoloji cəhətdən təmiz nəqliyyat seçimlərinə qlobal tələbat elektrik avtomobillərinə marağı sürətlə artırır.
Son zamanlar bu avtomobillərə həm fərdi istehlakçılar, həm də korporativ müştərilər tərəfindən daha çox üstünlük verildiyi müşahidə olunur.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, “Opel” də “Eksperimental” adlı yeni konseptini təqdim etməklə təəccübləndirməyi bacarıb.
Sentyabr ayında Münhendə istifadəçilərə təqdim ediləcək elektrikli konseptində "Stellantisin ən müasir BEV platforması" istifadə olunur.
Tam ötürmə sisteminə malik model həm də sükandan ötürmə texnologiyasına malikdir. Sürücülər işini bitirdikdən sonra sükanı qatlaya və konsola yerləşdirə biləcəklər.
Avtomobilin interyeri həmişəkindən daha geniş edilib.
Avtomobilin gücü, potensial diapazonu və ya batareya tutumu kimi məlumatlar hələlik gizli saxlanılır.
QAZİLER.AZ