Türkiyədə gəlinə kilolarla ağırlığında qızıl taxıldı - FOTO

Türkiyədə gəlinə kilolarla ağırlığında qızıl taxıldı - FOTO backend

Dünyada qızılın qiymətinin yüksəldiyi bir vaxtda Türkiyənin Hakkari vilayətində baş tutan toyun görüntüləri diqqət çəkib.

Qaziler.az İHA-ya istinadla xəbər verir ki, Yüksekova rayonunda keçirilən tayfa toyunda 3 minə yaxın iştirak edib.

Mahalın ən tanınmış tayfalarından biri olan Diri tayfasının görkəmli simalarından olan Müdür Karaelin oğlu İbrahim Karael minlərlə insanın iştirak etdiyi möhtəşəm toyla ailə həyatı qurub.

Həm İstanbulda, həm də Yüksekovada bir həftə ara ilə keçirilən toya yerli camaatla yanaşı, İran, İraq və Norveçdən də qonaqlar gəlib.

Minlərlə insanın iştirak etdiyi toyda bəyə 2 milyon TL, gəlinə isə kilolarla qızıl taxılıb.

QAZİLER.AZ

Diaspora