Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri elektrik enerjisini saxlaya bilən sement yaradıblar. Bunun sayəsində binalar artıq nəhəng akkumulyatorlara çevriləcək.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, potensial olaraq, bu elektrik sementi binanın təməllərini və yollarını faktiki olaraq qeyri-məhdud akkumulyatorlara çevirə bilər.
MİT-in materialşünası Admir Masic mövzu ilə bağlı açıqlamasında belə deyib:
“Material heyrətamizdir, çünki dünyada ən çox istifadə edilən insan tərəfindən hazırlanan süni materiala, karbon qarası ilə birləşmiş sementə sahibsiniz. Onları müəyyən bir şəkildə birləşdirdiyiniz zaman keçirici bir anokompozit əldə edirsiniz”.
Tədqiqatçılar təklif edirlər ki, superkondensator sement təməli olan bir ev və bu evi bir gün ərzində enerji ilə təmin etmək üçün kifayət qədər enerji saxlaya biləcəyini və enerjinin günəş kimi, külək kimi bərpa olunan mənbələrdən əldə edilə biləcəyini irəli sürür. Yeni qarışımdan elektrik avtomobillər keçərkən onları gücləndirmək üçün yollarda da istifadə etmək olar.
Digər tərəfdən, xüsusilə qışda tez-tez buz olan yollarda, duza ehtiyac olmadan buzları əritmək üçün yeni sementə üstünlük verilə bilər.
Bu yenilik təhlükəsizlik və ətraf mühit problemlərini həll edərkən, təmir və istismar xərclərinə milyonlarla dollar qənaət edə bilər.
QAZİLER.AZ