“Arka sokaklar”ın “Rıza Baba”sı gənc görünməyinin sirrini açıqladı

“Arka sokaklar”ın “Rıza Baba”sı gənc görünməyinin sirrini açıqladı backend

“Kurtlar Vadisi” serialında Karahanlı, “Arka Sokaklar” serialında Rıza Baba rolları ilə sevilən aktyor Zəfər Ergin gündəlik pəhrizindən, gənc görünməsinin sirlərindən danışıb.

Qaziler.az xəbər verir ki, aktyor bu barədə “10Haber” saytına müsahibəsi zamanı danışıb və maraqlı açıqlamaları ilə təəccübləndirib.

“Nə qədər ki, özümü xatırlayıram, mən həmişə nizam-intizamlı yaşamışam. Mən nizamsız həyatını heç sevmirəm. İşləməyi, həm də davamlı işləməyi heç vaxt dayandırmamışam. Bu məni həmişə formada saxlayıb. 17 ildir ki, “Arka sokaklar” serialını çəkirik. Set həftədə dörd və ya altı gün olurdu. Heç vaxt şikayət etməmişəm. Ayda iki dəfə də Almaniyanın Köln şəhərinə gedib akademiyada aktyorluqdan dərs deyirəm. Gənclərə məsləhətim odur ki, heç vaxt işdən və yüksək tempdən əl çəksinlər”.

Gündəlik qidalanma rejimindən danışan sənətçi fikirlərinə belə davam edib:

Səhər yeməyimdə kəpəkli çörək, 2 yumurta, ağ pendiri, bal, yağ, zeytun, pomidor və şəkərsiz çay olur. Gündə iki dəfə yemək yeyirəm. Günü erkən şam yeməyi ilə tamamlayıram. Daha az tərəvəz və zülal yeyirəm. Çox yeməyi sevmirəm. Hazırda istədiyim çəkidəyəm. Amma onu saxlamağa diqqət edirəm. İntizamlıyam. Mütəmadi olaraq balıq yağından istifadə edirəm. Sağlamlıq müayinəsindən sonra həkimin tövsiyə etdiyi vitaminləri (A, C və D) vaxtaşırı qəbul edirəm”.

QAZİLER.AZ

Diaspora