Meksikanın paytaxtı Mexiko şəhərində 17-ci Ənənəvi “Torta” Festivalı keçirilib.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, festivalda meksikalı aşpazlar öz bacarıqlarını nümayiş etdiriblər.
Belə ki, onlar 75 metr uzunluğunda, təxminən 800 kiloqram ağırlığında torta sendviçini iki dəqiqə 1 saniyəyə hazırlayaraq yeni rekorda imza atıblar.
Nəhəng tortanın hər bir hissəsi ölkənin hər yerindən yerli reseptlərdən fərqli inqrediyentlərlə hazırlanıb.
Yüzlərlə insanın daddığı səndviçdən hər kəs razı qalıb.
QAZİLER.AZ
