Süni intellektin insanların əlindən ala biləcəyi 10 İŞ

Süni intellektin insanların əlindən ala biləcəyi 10 İŞ backend

Kompüter və ya kompüterlə idarə olunan robotun ağıllı canlılara bənzər müxtəlif fəaliyyətləri yerinə yetirmə qabiliyyəti olaraq təyin olunan süni intellekt bu gün çox populyarlaşıb. Xüsusilə ChatGPT kimi çatbotların populyarlığı bəzi peşələri təhdid etməyə başlayıb.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, “Goldman Sachs”ın hesabatına görə, ChatGPT kimi süni intellekt sistemləri dünya üzrə 300 milyon tam ştatlı işə təsir göstərəcək. Bəs bu gün yüksək səviyyədə inkişaf etmiş süni intellekt hansı peşələr üçün təhlükə yaradır? Bunlar:

1. Müştəri xidmətlərinin təmsilçiləri

2. Məlumat analitikləri

3. Sürücü və çatdırılma xidmətləri

4. Kompüter üzrə mütəxəssislər

5. Bank işçiləri

6. Sığorta mütəxəssisləri

7. Mühasiblər

8. Tikinti işçiləri

9. Xəbər müxbirləri

10. Kənd təsərrüfatı işçiləri, yəni

Kənd təsərrüfatında robot sistemlər və dron texnologiyaları toxumların əkilməsi, məhsul yığımı, suvarma və gübrələmə kimi işləri avtomatlaşdıraraq təsərrüfat işçilərinə olan ehtiyacı azalda bilər.

Süni intellektin bu peşələrə təsiri bəzi tapşırıqların tamamilə yox olması ilə deyil, onların avtomatlaşdırılması və çevrilməsi ilə nəticələnə bilər. Bu, yeni peşələrin yaranmasına və insanların daha çox bacarıq və təcrübə tələb edən işlərə üz tutmasına səbəb ola bilər.

QAZİLER.AZ

Diaspora