Bu üsulla bananlarınız qaralmayacaq

Bu üsulla bananlarınız qaralmayacaq backend

Kalium mənbəyi olan banan çox sevilən bir meyvədir. Lakin tez xarab olduğu üçün tez də yeyilməlidir.

Qaziler.az bananın qaralmasının qarşısını alacaq ipucunu təqdim edir.

Belə ki, qaralmış bananı yeməyi sevməyənlər təravətini qoruyacaq bu üsulu sınaya bilər.

Banan əksər meyvələr kimi etilen qazı buraxaraq yetişir. Bu qaz olqunlaşan fermentləri işə salır. Etilen ən çox saplağından sərbəst qalır.

Ona görə də bananın gövdəsini alüminium falqaya bükməklə meyvəni daha uzun müddət təzə saxlaya bilərsiniz.

Firuzə Alimova

QAZİLER.AZ

Diaspora