Türkiyənin Bursa şəhərində bir qadın ərini metroda başqa biriylə görüb. Qadın əsəblərinə hakim ola bilməyib və gərgin anlar yaşanıb.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə metroda olan şərnişinlərdən biri tərəfindən görüntülənib.
Ərinə və yanındakı qadına qışqıran həyat yoldaşı ondan evin açarlarını istəyib:
“Evin açarlarını ver. O evə bir də girə bilməyəcəksən, addımını atmayacaqsan”.
Danışıqlarından məlum olub ki, ərinin yanındakı qadın və ailəsi tanıdığı kəslərdir.
QAZİLER.AZ