Qəza törədən sərxoş keşiş əlbəyaxa dava etdi, İslamı qəbul edəcəyi ilə hədələdi - VİDEO

Qəza törədən sərxoş keşiş  əlbəyaxa dava etdi, İslamı qəbul edəcəyi ilə hədələdi - VİDEO backend

Volqoqradda asayiş keşikçiləri qəza törədən və dava salan keşişi çətinliklə saxlaya biliblər.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, hadisə yerindən çəkilmiş video hadisə şahidləri tərəfindən iyulun 28-də sosial şəbəkələrdə yayımlanıb.

Görüntülərdə kişi polis tərəfindən saxlanmasına qəzəblənir. Onun hüquq-mühafizə orqanının əməkdaşını təhqir etdiyini də eşitmək olur.

“Görün, keşiş necə alçaldılır" , - deyə qışqırır.

Kadrlarda din xadiminin Daxili İşlər Nazirliyinin əməkdaşlarından birinə ayağı ilə  təpik vurmağa çalışdığı əks olunub. Həmin şəxs asayiş keşikçilərinin əlindən qaçmaq cəhdi nəticəsiz qalıb. Keşişlərin alçaldıldığını deyən keşiş İslamı qəbul edəcəyi ilə hədələyib.

Şahidlər dava edən şəxsin Kamışin yeparxiyasının ruhanisi Sergey Akimoçkinolduğunu bildiriblər. Evə qayıdan din xadimi qəza törədib və qaçmağa çalışıb. O, polis bölməsinə aparılıb və əməlini etiraf edib.

QAZİLER.AZ

Diaspora