ABŞ-da meşədə nəhəng viruslar aşkar edilib

ABŞ-da meşədə nəhəng viruslar aşkar edilib backend

ABŞ-ın Massaçusets ştatında, Bostonun qərbindəki Harvard Meşəsində əvvəllər rastlanan viruslardan daha böyük viruslar aşkar edilib.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, araşdırma zamanı aşkar edilən nəhəng virusların ölçülərinin 2 mikrometri keçdiyi müəyyən edilib.

Araşdırmalar çərçivəsində Bostonun qərbindəki Harvard Meşəsindən götürülən torpaqlar elektron mikroskopla araşdırılıb.

DNT ardıcıllığının deşifrə edilməsindən sonra bir çox növləri müəyyən edilən böyük ölçülərə malik bu viruslara çöküntü və torpaqlarda rast gəlindiyi diqqətə çatdırılıb.

Bildirilib ki, tədqiqat qrupunun “Qorqon” morfologiyası adlandırdığı boru şəklində çoxlu sayda uzantılı viruslar da aşkarlanıb. Bu virusların əksəriyyətinin uzunluğu, qalınlığı, sıxlığı və forması ilə fərqlənən qeyri-adi xüsusiyyətlərə malik olduqları izah edilib.

QAZİLER.AZ

Diaspora