Böyük Britaniya alimləri metan emissiyalarını azaltmaq və qlobal istiləşməyə qarşı mübarizə aparmaq üçün inəklərə nərgiz ekstraktı verməyi planlaşdırırlar.
Qaziler.az “SkyNews “a istinadla xəbər verir ki, bunu müəyyən etmək üçün dörd illik sınaq keçiriləcək.
Süni inəklər üzərində aparılan araşdırmada nərgizlərin heyvanın süni mədəsində həzm edilməsi bu emissiyaları 96% azaldıb. Şotlandiya Kənd Təsərrüfatı Kollecinin alimləri ümid edirlər ki, real inəklər üzərində aparılan sınaqlar ən azı 30% nəticə göstərəcək.
"Biz ilk olaraq Alzheimer üçün nərgiz yetişdirməyə başladıq, lakin gördük ki, nərgizlər gövşəyən heyvanların da metan istehsal etməsinə mane olan bir birləşmə istehsal edir", - ferma sahibi Kevin Stevens deyib.
QAZİLER.AZ