ABŞ-da aparılan araşdırma diqqətçəkən bir məsələyə toxunub.
Qaziler.az bildirir ki, “The Guardian”ın xəbərinə görə, Floridadakı Mote Dəniz Laboratoriyasında tədqiqatçı olaraq çalışan Dr. Treysi Fanara və komandası Florida sularında fəaliyyət göstərən narkotik tacirləri tərəfindən okeana buraxılan kokain paketlərinin dəniz həyatına təsirini öyrənib.
Floridanın cənub ucundakı adaların ətrafında 6 gün ərzində köpək balıqlarını müşahidə edən tədqiqatçılar, balıqların qeyri-adi davranışlar sərgilədiyini müəyyən ediblər.
Tədqiqatçılar, adətən insanlardan qaçan çəkic başlı köpək balığının kokain qəbul etdikdən sonra insanlara tərəf üzdüyünü və qalüsinasiya görən bir köpək balığının isə xəyali bir ovun ətrafında dövrə vurduğunu müşahidə ediblər.
Eksperimental məqsədlə suya kokain yerinə balıq yemi bağlamaları atan araşdırmaçılar köpək balıqlarının balyalara hücum etdiyini qeyd ediblər.
Fanara və komandası araşdırmalarını davam etdirmək və köpək balıqlarının qəbul etdiyi kokaini aşkar etmək üçün balıqlardan qan nümunələri almağı planlaşdırır.
QAZİLER.AZ