Türkiyənin Sivas bölgəsində gənc tarlada işləyərkən rastlaşdığı ilanı tutaraq onunla "söhbət edib".
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, videososial şəbəkə istifadəçilərinin marağına səbəb olub.“Tosun, səni yaradana qurban olum, sən bura haradan gəldin?” deyərək onu əzizləyən əkinçi daha sonra ilanı təbiətə buraxıb.
Sivasın Yıldızeli rayonunda insanların üzünü güldürən hadisə yaşanıb.
Çağlayan kəndində yaşayan Səlahəddin Taş tarlada işləyərkən ilanla rastlaşıb.
Traktordan düşərək ilanı tutan Taş bir müddət ilanla söhbət edib.
Əkinçi: "Tosun, səni yaradana qurban olum, hardan gəldin, ağzını aç, mişar kimi dişinə baxım".
Onun əzizlədiyi ilanla dialoqa izləyiciləri güldürüb.
1 metr yarımlıq ilanla sanki pişiklə oynayırmış kimi oynayan Taş bir müddət sonra ilanı təbiətə buraxıb.
İlandan qorxmadığını deyən Səlahəddin Taş: “Əkinçiliklə məşğulam. Sahədə işlədiyimiz üçün tez-tez ilanlarla rastlaşırıq. İlanlardan qorxmadığım və öyrəşdiyim üçün adətən tuturam, oynayıram, əzizləyirəm. Mən onu təbiətə buraxacağam”, - dedi.
100-dən çox ilan tutduğunu və onların heç birinin ona zərər vermədiyini bildirən Taş, bunları söylədi:
"İldə orta hesabla 8-10 ilanla qarşılaşıram. Əslində ilanlar təbiətdə zərərsiz canlılardır. Əksinə, biz fermerlərə fayda verir. Buradan bütün fermerlərə səslənirəm ki, ilanlara zərər verməsinlər, öldürməsinlər. Onlar bitsə, əkinçi də bitər, təbiət bitər, əkinçilik də bitər. Onlar bizim dostumuzdur. Biz bu canlılarla tez-tez suvarma, budama və bağlama çəkərkən qarşılaşırıq. Çağlayan kəndi suyu bol kənd olduğundan burada ilanlara tez-tez rast gəlinir. İndiyə qədər 100-dən çox ilan tutmuşam. Onların birinin mənə zərər verdiyini görməmişəm".
QAZİLER.AZ