“Porsche”nin 75 illiyinə özəl avtomobil: Vision 357 Speedster - FOTO

“Porsche”nin 75 illiyinə özəl avtomobil:  Vision 357 Speedster - FOTO backend

“Porsche” məşhur “Goodwood” Sürət Festivalının 30-cu ildönümünü “Porsche Vision 357 Speedster” ilə qeyd edir.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, “Vision 357 Speedster” dizayn baxımından 356-ya bənzəsə də, onun üstü örtülü quruluşundan ən böyük texnoloji fərqi tamamilə elektrikli olmasıdır.

Avtomobil “Porsche 718 GT4” e-performans texnologiyasından faydalanır. Avtomobilin elektrik mühərrikləri və akkumulyatoru “Mission R”dən, şassi isə “718 GT4 Clubsport”dan gəlir.

Ön tərəfdəki dörd hissəli faralar 356-nı xatırladan dairəvi dizayna malikdir. Avtomobilin 356-ya bənzəyən başqa bir məqamı arxadakı radiator barmaqlığı dizaynıdır.

“356 No. 1 Roadster” “Porsche” markasının istehsal etdiyi ilk avtomobil olub. “Porsche 356” orijinal orta mühərrik konsepti əvəzinə arxada yerləşdirilən mühərriklə uğur qazanıb.

Qeyd edək ki,1965-ci ilə qədər təxminən 78.000 “Porsche 356” istehsal edilib.

QAZİLER.AZ

Diaspora