Zəmzəm suyunu mikroskopla araşdırdılar - Ortaya çıxan görüntü təəccübləndirdi - VİDEO

Zəmzəm suyunu mikroskopla araşdırdılar - Ortaya çıxan görüntü təəccübləndirdi - VİDEO backend

YouTube-da türkiyəli genetika mühəndisinin apardığı təcrübə sosial mediada böyük marağa səbəb olub.

Trend xəbər verir ki, Dilarə Sarı adlı genetika mühəndisi zəmzəm suyunu mikroskopla incələdikdən sonra nəticələrin möhtəşəm olduğunu dilə gətirib.

"Zəmzəm suyunu buxarlandırdım və nəticədə bu möhtəşəm kristalları əldə etdim. Zəmzəm suyu mineral baxımından çox zəngindir. Tərkibində xüsusən maqnezium, kalsium, sodium və kalium mövcuddur. Hətta mineral sularla müqayisədə zəmzəm suyunda orta hesabla 10 dəfə artıq mineral mövcuddur. Həm dəri, həm də orqanlar üçün ciddi mənada faydalıdır. Görüntü məni həqiqətən valeh etdi", - o deyib.

Diaspora