Son illər avtomobil sənayesi texnoloji inkişaflar və mühəndislik yenilikləri sayəsində sürət həddini aşmağa davam edir.
Sürət həvəskarları və super avtomobil həvəskarları üçün adrenalinlə dolu dünyada dünyanın ən sürətli avtomobilləri həyəcanverici bir rəqabətin mərkəzində yer almaqdadır.
İnanılmaz gücü və heyranedici dizaynları ilə seçilən bu avtomobillər 1 saatda qeydə alınan sürətləri ilə heyran qayur.
Qaziler.az brend avtomobillərin rəsmi məlumatlarına əsasən dünyanın ən sürətli 10 avtomobilini sıralayıb:
1-Koenigsegg Agera RS
2017-ci ildə dünyanın ən sürətli avtomobili adını alan “Koenigsegg Agera RS” test yürüşlərində 447 km/saat sürətə çatmağı bacarıb. Rekord göstərici daha sonra “Bugatti” tərəfindən geri alınıb.
2-Czinger 21C
Kaliforniyada yerləşən yeni hiper avtomobil şirkəti “Czinger Vehicles”in ilk modelini 2020-ci ilin əvvəlində görmüşük. “21C” adlı həmin avtomobil qeyri-adi güc dəyəri və sıralı oturacaqları ilə diqqət çəkmişdi. Şirkət 2020-ci ildən avtomobili daha da inkişaf etdirib və onun kütləvi istehsal versiyasını təqdim edib. Şirkətin iddiasına görə “Czinger 21C” 452 km/saat sürət yığa bilir.
3-SSC Tuatara
“SSC Tuatara” 2022-ci ilin əvvəlində keçirdiyi test yürüşlərində 474,7 km/saat heyrətamiz sürətə çata bilib. Bu da avtomobilin dünyanın ən sürətli avtomobili ünvanını olmasına imkan verib. Testlərin əvvəlində markanın iddiası onun 508 km/saat sürətə çata bilməsi olub.
4-Hennessey Venom F5 Roadster
Üstü bağlı olarkən avtomobilin iddia edilən sürəti 500 km/saatdır. Brend bildirir ki, modelin üstü açılsa belə, avtomobil 483 km/saata çata bilər.
5-Koenigsegg CC850
“Koenigsegg”in ikinci ən sürətli avtomobili olan “CC850” 483 km/saat sürətə çata bilir.
6-Bugatti Chiron Super Sport 300+
“Bugatti Chiron Super Sport 300+” 490,5 km/saat sürəti ilə dünyanın ən sürətli avtomobillərindən biridir.
Təkmilləşdirilmiş aerodinamik quruluşuna görə bir qədər uzun olan avtomobil dörd turbolu 8,0 litrlik W16 mühərrikə malikdir. Bu mühərrik 1578 at gücü hasil edə bilər.
7- SP Automotive Chios
“SP Automotive Chaos” keçən ilin sonunda təqdim edilib. Şirkətin iddiasına görə, hələ yollara çıxmayan avtomobil 499 km/saat sürətə çata bilir.
8-Hennessey Venom F5
Yalnız 24 ədəd istehsal ediləcək “Hennessey” 500 km/saat sürəti keçə bilər.
9-Bugatti Bolide
Traslar üçün eksklüziv “Bugatti Bolide” dörd turbolu 8,0 litrlik W16 mühərriki ilə 1825 at gücünə malik bir canavardır. Avtomobil 500 km/saat sürətə çata bilir.
10- Koenigsegg Jesko Absolut
“Koenigsegg” bildirir ki, “Jesko Absolut” “Bugatti Chiron Super Sport 300+” sürətinə malikdir. Qeyd olunan sürət 531 km/saatdır. Burada ən böyük maneə bu sürətə çatmaq üçün ən yaxşı yerin Almaniyadakı Ehra-Lessien sınaq trası olmasıdır. Bu məkan “Bugatti”nin ana şirkəti “Volkswagen”ə məxsusdur.
Təqdimatda bu avtomobilin 1280 at qüvvəsi və 1000 Nm fırlanma anı hasil edən 5,0 litrlik tvin-turbo V8 mühərriki olduğu da açıqlanıb.
Şirkət həmçinin bildirir ki, bu avtomobil E85 yanacağı istifadə edərsə, bu dəyərlər 1600 at gücünə və 1500 Nm fırlanma anına qədər artacaq.
QAZİLER.AZ