Fransa geyim sektorunda sürətli istehlakı azaltmaq üçün yeni təşviq paketi təqdim etməyə hazırlaşır. Buna görə yenisini almaq əvəzinə köhnəsini təmir etdirən modasevər fransızlar mükafatlandırılacaq.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, oktyabr ayında tətbiq olunacaq təşviq paketində 6 avro ilə 25 avro arasında pul geri qaytarılacaq.
Ölkənin ekologiya naziri Berangere Couillard bildirib ki, ölkədə hər il 700 min ton geyim əşyası atılır. O, dərziləri və ayaqqabı təmirçilərini sistemdə qeydiyyatdan keçməyə çağırıb.
Açıqlanan paketə görə, məsələn, ayaqqabısının dabanını yeniləyən şəxsə 7 avro pulu geri qaytarılacaq. Gödəkçələr və ətəklər kimi paltarların dəyişdirilməsi üçün 25 avroya qədər pul qaytarıla bilər.
Paketi ictimaiyyətə açıqlayan Couillard hökumətin "sürətli moda" ilə mübarizə aparmaqda qərarlı olduğunu qeyd etdi.
36 yaşlı gənc nazir istehlakçıları xarakterik məhsullar seçməyə və onları təmir etdirməyə çağırıb.
QAZİLER.AZ