Alimlərdən xəbərdarlıq: “İnternet qiyaməti” yaxınlaşır

Alimlərdən xəbərdarlıq:  “İnternet qiyaməti” yaxınlaşır backend

Günəş partlayışları Günəşdə baş verən şiddətli püskürmələrə deyilir. Bu partlayışlar milyardlarla meqaton gücündə olur və 1 milyon km/saat sürətlə hərəkət edir.

Nəticədə nəhəng enerji buraxan Günəş partlayışları səbəbindən kiçik dalğalı radiasiya hissəcikləri Yer atmosferinə daxil olur. Bu püskürmələr yer üzündəki GPS və internet kimi rabitə şəbəkələrinə də mənfi təsir edir.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, alimlərin xəbərdarlığına görə, 2025-ci ildə günəşin maksimum fazası zenitə çatacaq və şiddətli partlayışlar Yerə təsir edəcək.

Mütəxəssislərin fikrincə, tezliklə Yer kürəsini vuracaq güclü Günəş qasırğası “internet qiyaməti”nə səbəb ola bilər. Bu bütün dünyada kompüterlərdə ciddi nasazlıqlara və hətta elektrik enerjisinin kəsilməsinə gətirib çıxara bilər.

NASA isə  internetin sonunun 2025-ci ildə günəş fırtınası ilə nəticələnəcəyi ehtimalını hələ şərh etməyib.

QAZİLER.AZ

Diaspora