“Tesla” avtomobillərini sınaqdan keçirənlərə pul ödəyəcək

“Tesla” avtomobillərini sınaqdan keçirənlərə pul ödəyəcək backend

“Tesla” bu yay ABŞ-da avtomobillərini sınaqdan keçirəcək insanlara 18-48 dollar ödəyəcəyini açıqlayıb.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, hazırda “Tesla” ödənişli əlavələr paketi kimi bazardakı avtomobillərdə Tam Self-Driving (FSD) proqram təminatı təklif edir.

Tesla avtopilot sürücüyə yardım funksiyasını və beta tam öz-özünə sürmə proqramını inkişaf etdirmək üçün bəzi test sürücülərindən istifadə edir. Odur ki, şirkət bu yay avtomobillərini ABŞ-da sınaqdan keçirəcək insanlara 18-48 dollar arasında ödəniş edəcəyini bildirib.

İş elanına əsasən, müraciət edənlərdən təmiz sürücülük təcrübəsi, təhlükəsiz sürücülük vərdişləri və ən azı 4 il sürücülük təcrübəsi tələb olunur.

QAZİLER.AZ

Diaspora