Ana delfinlər "körpə dili"ndən istifadə edir

Ana delfinlər "körpə dili"ndən istifadə edir backend

Ana delfinlər balaları ilə danışarkən "uşaq dilindən" istifadə edirlər.

Qaziler.az bildirir ki, Şotlandiya, Danimarka və ABŞ-dan olan elm adamlarının birgə apardıqları araşdırmada, şüşə burunlu delfin növünün dişilərinin balaları ilə ünsiyyət qurarkən fit səslərinin tonunu və diapazonunu artıraraq "körpə dili"ndən istifadə etdikləri müəyyən edilmişdir.

Araşdırmada ABŞ-ın Florida ştatının Sarasota körfəzində 19 delfinin balalarını çağırarkən fərqli fit tonlarını ehtiva edən qeydləri araşdırılıb.

Araşdırmada, yetkin delfinlərin özlərini digər delfinlərə təqdim edərkən "fərqli fitlərdən" istifadə etdikləri, ana delfinlərin isə fitlərinin tonunu dəyişdirərək balalarını "körpə dili" ilə çağırdıqları müəyyən edilmişdir.

Digər tərəfdən, ana delfinlərin balalarına "böyük dili" öyrətmək üçün "körpə dili"ndən istifadə edib-etmədiyi hələ məlum deyil.

Araşdırma "Proceedings of the National Academy of Sciences (PNAS)" jurnalında dərc olunub.

Mənbə: AA

QAZİLER.AZ

 

Diaspora