Elm aləmində quşlar arasındakı əlaqə ilə bağlı qeyri-adi araşdırma aparılıb.
Qaziler.az xəbər verir ki, bu barədə məlumat “The Guardian”da dərc edilib.
Tədqiqatçılar belə nəticəyə gəliblər ki, monoqam quşlar insanların ayrılıqları kimi bənzər səbəblərə görə yoldaşlarını dəyişirlər.
Quş növlərinin 90 faizindən çoxunun ən azı bir çoxalma mövsümündə təkcə bir yoldaşının olduğunu düşünülür.
Bununla belə, bəzi təkarvadlı quşlar, həqiqi həyat yoldaşı hələ də sağ olsa da, növbəti çoxalma mövsümü üçün başqa bir həyat yoldaşı ilə cütləşir. Alimlər bunu “boşanma” olaraq adlandırıb.
Bəzi tədqiqatlar bu cür fərqliliklərlə əlaqəli mümkün amilləri araşdırsa da, ekspertlər deyirlər ki, onlar ayrı-ayrı növlərə və ya növ qruplarına diqqət yetirirlər.
Quşların boşanmasında iki əsas amilin iştirak etdiyi aşkar edilib. Bunlar erkəklərin təsadüfi cinsi əlaqəsi və uzun məsafəli miqrasiya şəklində baş verir.
QAZİLER.AZ