Kanar adalarında yerləşən "Las Palmas" Universitetinin Məhkəmə Baytarlıq Patologiyası professoru Dr Antonio Fernandezin başçılıq etdiyi bir qrup alim cəsədi sahilə vuran balinasının üzərində araşdırma aparıb.
Qaziler.az DHA-ya istinadla xəbər verir ki, araşdırma zamanı yarılan balinanın qarnından 9,5 kiloqram olduqca nadir görülən kəhrəba çıxarılıb.
Alimlər bazar dəyəri təxminən 500 min avro olan kəhrəbanın balinanın bağırsaqlarının yırtılmasına səbəb olduğunu və onun bu səbəbdən öldüyünü müəyyən ediblər.
Ətir sənayesi üçün son dərəcə qiymətli xammal olan kəhrəbanın 2021-ci ildə La Palma adasında baş verən vulkan püskürməsi nəticəsində zərər görən insanlara bağışlanacağı bildirilib.
Qeyd edək ki,balinalar çoxlu miqdarda dəniz canlıları ilə qidalanır, lakin bu dəniz bəzi canlılarının hissələri balinaların həzm sistemi tərəfindən həzm edilə bilmir. Bu zaman balinalar "kəhrəba" adlanan bu bərkimiş maddəni qusaraq bədənlərindən xaric edirlər. Orta hesabla hər yüz balina yalnız biri kəhrəba istehsal edir, buna görə də kəhrəbalar tez-tez dənizdə üzərkən aşkar edilir.
QAZİLER.AZ