Alimlər ulduzunun şiddətli ölümündən möcüzəvi şəkildə sağ çıxmış kimi görünən yeni bir planet kəşf ediblər.
Sanki Günəş yox olarsa, Yer kürəsinin sona çatacağı kimi, planetlər də ulduzlarının ölümündən sonra yox olurlar.
Məsələn, Günəş öləndə 100 dəfəyə qədər genişlənəcək və Yeri udacaq. Ancaq yeni bir araşdırma bu planetlərin ən azı bəzilərinin sağ qala biləcəyinə ümid verir.
“Halla” adlı Yupiterə bənzəyən planet öz ulduzu “Baekdu” öldükdən sonra sağ qalmağı bacarıb.
Elm adamları “Baekdu”nun daha əvvəl genişlənərək qırmızı nəhəngə çevrildiyini kəşf ediblər. Lakin bu halda o, özü ilə “Halla” arasındakı məsafəni 1,5 dəfə şişirdərək ulduzu udmalı idi.
Bu dramatik və şiddətli hadisəyə baxmayaraq, “Halla” Havayda yerləşdirilən teleskoplardan istifadə edərn astronomlar tərəfindən görüntülənib. Həmin görüntülər planetin hələ də həyatda olduğunu göstərir.
QAZİLER.AZ