“Milyonçu” şousunda akademik çox sadə sualı bilmədi - VİDEO

“Milyonçu” şousunda akademik çox sadə sualı bilmədi - VİDEO backend

Türkiyədə yayımlanan “Kim Milyoner Olmak İster” intellektual şousunda 19 ilin akademikin çox sadə məntiqi suala cavab verə bilməməsi sosial mediada gündəm olub.

Qaziler.az Türkiyə mediasına istinadla cəbər verir ki, xanım yarışmaçı oyunun ikinci sualında diqqətsizlik edərək səhv cavablandırıb. Sual isə belə olub:

“Bir kasadakı 27 kaju fısdığının (anakardiya) 9-dan başqa hamısını yesəniz, kasada nə qədər fısdıq qalar?”.

Düzgün cavab “9” olduğu halda, xanım akademik “18” cavabını verib. Səhv dediyini görəndən sonra qadın diqqətsizlik etdiyini anlayıb. Lakin akademikin ikinci sualda verilişə vəda etməsi sosial mediada geniş müzakirələrə səbəb olub.

QAZİLER.AZ

Diaspora