Bir müddətdir gündəmdə olan "Toyota"nın “Prius-2023” modelindəki örtük üzərindən qaldırılıb.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, yapon şirkəti yeni dizaynlı avtomobilini ötən il təqdim edib.
Belə ki, yeni “Prius” tamamilə yenilənmiş dizaynı ilə ətrafa səs salmağı bacarıb. Bu dinamik dizayn “Prius”a nüfuzlu “Red Dot Dizayn Mükafatı”nı qazandırıb.
25 ildən artıqdır ki, "Prius" imzası olan bu dizayn yeni nəsildə kupe tipli siluet və idman üslubu ilə yeni səviyyəyə qaldırılıb.
Yeni “Prius” 43 üzvdən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən bütün müraciətlərin qiymətləndirilməsindən sonra “Məhsul Dizaynı” kateqoriyasında ən yüksək mükafat olan “Ən yaxşıların ən yaxşısı” adına layiq görülüb.
QAZİLER.AZ