Alimlər və astronavtlar Beynəlxalq Kosmik Stansiya sayəsində illərdir kosmosda müxtəlif təcrübə və tədqiqatlar aparırlar.
Qaziler.az xəbər verir ki, NASA-nın məlumatına görə, stansiyadakı hər ekipaj üzvünün içmək, yemək hazırlamaq və dişlərini fırçalamaq kimi ehtiyaclarını ödəmək üçün hər gün orta hesabla 3,79 litr suya ehtiyacı var.
Astronavtların sidiyini və tərini içməli suya çevirən sistem 98 faiz suyun geri qaytarılmasına nail olub.
Belə ki, kosmosdakı astronavtların sidiyi və təri çevrildikdə içməli su əldə edilə bilər.
Stansiyada həyati dəstək sistemlərini idarə edən komandanın üzvü olan Kristofer Braun mövzu ilə bağlı verdiyi açıqlamada aşağıdakı ifadələrdən istifadə edib:
“Bu, həyati dəstək sistemlərinin təkamülündə irəliyə doğru mühüm addımdır. Tutaq ki, siz 500 ml su içmisiniz və bu sistem sayəsində bu suyun 2 faizi itirilir və 98 faizi içməli suya çevrilərək dövrəyə girir. Bunu etmək olduqca böyük nailiyyətdir.
Heyətlər sidik içmir; onlar yer üzündə içdiyimizdən daha təmiz olması üçün süzülmüş və təmizlənmiş içməli suyu istehlak edirlər”.
QAZİLER.AZ