“Kembric”i bitirən türk qadın ölkəsində əkinçi oldu – FOTO

“Kembric”i bitirən türk qadın ölkəsində əkinçi oldu – FOTO backend

İngiltərənin “Cambridge” Universitetində təhsil alan türkiyəli qadın Hayriyə Kuşçu yetişdirməyə başladığı bənövşəyi kartofla eşidənlərin diqqətini çəkməyə başlayıb.

Qaziler.az İHA-ya istinadla xəbər verir ki, evli və 2 uşaq anası olan qadın şəfa qaynağı olan kartofları əkmək üçün traktorun arxasına keçib.

2013-cü ildə “Kembric” Universitetində "qida intolerans"ı üzrə təhsil almaq üçün İngiltərəyə gedən Hayriyə Kuşçu Türkiyəyə qayıtdıqdan sonra arıqlama mərkəzləri açaraq işini qurub.

Qurduğu biznesiylə yanaşı, o, ailə yadigarı olan torpaqlarında peşəkar əkinçiliklə də məşğul olmağa başlayıb.

Bir çox məhsulla yanaşı, Türkiyədə ilk dəfə sınaqdan keçirilən bənövşəyi kartoflara maraq salıb.

2020-ci ildə Türkiyədə ilk dəfə 10 hektar sahədə qadınlarla bir araya gələrək hamıdan fərqli məhsul əkib.

Əkinçilikdən qazandığı pulları xüsusilə zorakılığa məruz qalan və ehtiyacı olan qadınlara dəstək olmaq üçün istifadə edən Kuşçu, həm də onlara kömək etmək üçün 2020-ci ildə qurduğu Əskişəhər Qadın Əli Kooperativinin sədridir.

Qida dəyəri yüksək olan bənövşəyi kartofun dünya bazarında alıcısı olduğunu bildirən 45 yaşlı Kuşçu, “Amerika və Avropada çox ciddi istehlakçılar var. Türkiyədə istehsal edərək ixrac üçün çalışmalıyıq. 4 il əvvəl Əskişəhərdə ilk etapda 10 hektarla başlamışdıq. Bu il 120 hektar sahədə əkmişik”, - deyib.

QAZİLER.AZ

Diaspora