Air-Fryer"də bişirilən yeməklər nə dərəcədə zərərsizdir?

Air-Fryer"də bişirilən yeməklər nə dərəcədə zərərsizdir? backend

Air-fryer havanı yeməklərin ətrafında sürətlə dolaşdıraraq onun bişməsini təmin edən cihazlardır. Bişirmə zamanı çox az yağa ehtiyac duyulur. Yağda qızardılmış yeməklərlə müqayisədə daha az yağ lazım olsa da, oxşar dad əldə etmək mümkündür. Odur ki, ət, toyuq və tərəvəzləri air-fryer ilə bişirmək daha faydalıdır. Onu da bilməlisiniz ki, bişmə prosesində yağ az istifadə olunsa da, 170-180 dərəcəni keçəndə trans yağların yaranmasına səbəb ola bilər. Bu da olduqca zərərli birləşmələrin yaranması deməkdir.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, bu sözləri diyetoloq Səməd Polad "Habertürk"ə müsahibəsində deyib. Ekspert bildirib ki, xüsusilə nişastalı məhsullar 120-dən yuxarı temperaturda bişirildikdə akrilamid adlı komponentlər ortaya çıxır.

"120 C-i keçən hər temperatur artımında akrilamid miqdarı qat-qat artır. Bundan əlavə, o da həqiqətdir ki, tərkibində karbohidrat və zülal olan qidalar bişirildikdə qaralma reaksiyası baş verir və bu qızartma nə qədər yüksək olarsa, bir o qədər də kanserogen maddələr ayrılır. Bütün bunları nəzərə alsaq, Frier alarkən / istifadə edərkən riskləri çox yaxşı araşdırmaq faydalıdır. Eyni zamanda bu cihazlarda bişirilən qidaların təsiri barədə araşdırmalar davam edir", - həkim yekunda qeyd edib.

 

 

Diaspora