Telefonun batareyası nə vaxt dəyişilməlidir?

Telefonun batareyası nə vaxt dəyişilməlidir? backend

Telefonun hər bir insanın əvəzedilməz şəxsi “köməkçisinə” çevrildiyini nəzərə alsaq, onun mümkün qədər uzun müddət işləməsini və əsas funksiyalarını yüksək keyfiyyətlə yerinə yetirməsini istəyirik. Ancaq bunun üçün onun bütün elementlərinin, xüsusən də batareyanın yaxşı vəziyyətdə olmasını təmin etmək vacibdir. Mütəxəssislər mobil cihazın akkumulyatorunun təcili dəyişdirilməsinin vaxtının çatdığını göstərən bir sıra amilləri açıqlayıblar.

QAZİLER.AZ  Lent.az-a istinadən xəbər verir ki, ilk "həyəcanverici" zəng şarjla bağlı problemlərdir. Nəzərə alın ki, əgər cihazınızın avtonomiyası getdikcə qısalırsa, bu, batareyanın yaxşı işləmədiyinin, köhnəldiyinin və dəyişdirilməsinin lazım olduğunu göstərir.

Smartfon açılmağı dayandırarsa, problem yenidən batareyada ola bilər. Əgər sıradan çıxıbsa, o zaman qadcet, hətta onu işləyən şəbəkə şarj cihazına qoşsanız belə, açmaq və normal işləmək üçün kifayət qədər enerjiyə malik olmayacaq.

Batareyanı dəyişdirməyin vaxtının gəldiyini göstərən başqa bir amil onun həddindən artıq qızmasıdır. Telefonunuzu əlinizdə saxlayırsınızsa və eyni vaxtda bir çox funksiyanı yerinə yetirmədiyiniz halda onun tez və intensiv qızdığını görürsünüzsə, o zaman batareyanı dəyişdirməyi düşünməyin vaxtıdır. Əks halda, siz smartfonunuza zərər verə bilərsiniz və onu xidmət mərkəzinə aparmalı olacaqsınız. Bu zaman təmir batareyanın dəyişdirilməsindən baha başa gələcək.

 

 

Diaspora