ABŞ-da yerləşən elektrik avtomobil istehsalçısı “Tesla” hazırda müştərilərinə “Supercharger” adlı stansiyaları ilə simli enerji doldurma xidməti təklif edir.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, “Tesla” tezliklə müştərilərinə simsiz (kabelsiz) enerji doldurma texnologiyasını təklif edə bilər. Şirkət son vaxtlar bu istiqamətdə ciddi addımlar atır.
“Tesla”nın simsiz enerji doldurma texnologiyası üzrə ixtisaslaşmış Almaniyanın “Wiferion” şirkətini almaq üçün danışıqlar apardığı da ortaya çıxıb.
Qeyd edilib ki, 2018-ci ildən etibarən elektrikli avtomobillər və robotlar üçün simsiz enerji doldurma stendləri satışı ilə məşğul olan şirkət eyni texnologiyanı “Tesla” modellərinə də gətirə bilər.
QAZİLER.AZ