Son illər “Space Star” modeli ilə meydana çıxan “Mitsubishi” L200 modelini yeniləyir.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, markanın yeni modeli L200-ün bəzi şəkilləri iyulun 26-da Taylandda keçiriləcək tədbir üçün paylaşılıb.
Şəkillərə baxdıqda yeni L200-ün daha aqressiv göründüyünü söyləmək mümkündür. Yeni fara komplektləri, dam relsləri və arxa qoruyucular ilk baxışdan diqqəti cəlb edib.
“Mitsubishi” yeni L200-ü daha aqressiv və daha güclü etməkdə qərarlıdır. Bütün digər təfərrüatlar üçün iyul ayını gözləməli olacağıq.
Hələlik, aşağıdakı şəkillərlə kifayətlənməliyik.
QAZİLER.AZ


