Polşanın şimalındakı Qdansk liman şəhərindəki zooparkdan qaçan qırmızı pandanın bunu tək qalmaq üçün etdiyi bildirilib.
Qaziler.az bildirir ki, Polşa mətbuatında yer alan xəbərlərə görə, "Ponzu" adlı erkək qırmızı panda dişi qırmızı panda Maja ilə onun qəfəsində qalırmış.
Ponzunun partnyoru Majadan sıxıldığını və tək qalmaq istədiyi fikrini irəli sürən zoopark işçisi erkək pandanın ağaca dırmaşaraq gizləndiyini açıqlayıb.
Pandanın çox yüksəyə dırmaşdığı üçün kömək edə bilmədikərini deyən məmur Ponzunun xilasetmə qüvvələrinin müdaxiləsi ilə ağacdan endirildiyini bildirib.
Bildirilib ki, Ponzu Majanın da olduğu qəfəsdən son dəfə fevral ayında qaçıb.
Polşa mediasına danışan Varşava Zooparkının rəsmiləri qeyd ediblər ki, eyni qəfəsi paylaşan erkək və dişi qırmızı pandalar arasındakı gərginlik erkəkləri təklik axtarmağa vadar edə bilər.
QAZİLER.AZ