76 yaşlı Silvestr Stallone məşq anlarını paylaşdı - VİDEO

76 yaşlı Silvestr Stallone məşq anlarını paylaşdı - VİDEO backend

76 yaşlı Hollivud ulduzu Silvestr Stallone idman zalında məşq etdiyi anları paylaşıb.

Qaziler.az “ensonhaber.com”a istinadla xəbər verir ki, 50 ildir ki, kino sahəsində olan italyan əsilli aktyor formasını qorumaq üçün idmandan əl çəkmir.

O, gənclərə nümunə olacaq görüntülərində yaşına rəğmən fərqli idman hərəkətləri edir, ağırlıq qaldırır. Onun əyninə geyindiyi "Rembo" köynəyi də diqqətdən yayınmayıb.

Qeyd edək ki, dünya şöhrətli aktyor Silvestr Stallone “Rembo”, “Rokki”, “Cəhənnəm mələkləri” kimi layihələrdə üstün performansı ilə tamaşaçıları ekrana kilidləyib.

QAZİLER.AZ

Diaspora