İstanbulun Maltəpə rayonundakı Orxan Qazi Məscidində Qurani-Kərim oxuyan imamın uşaqla olan görüntüləri baxanları güldürüb.
Qaziler.az İHA-ya istinadla xəbər verir ki, maraqlı hadisə məscidin içində ibadətini yerinə yetirən camaatın Quranı dinləməyə başladığı zaman yaşanıb.
Belə ki, məscidin imamı dua oxuyarkən yanına bir uşaq gəlib. Azyaşlı imamın üzünə toxunmağa, əl atmağa başlayıb. Bu zaman məsciddə olanlardan bir nəfər sözügedən görüntüləri telefonuna çəkib. Görüntülərdə imamın uşaqla oynayaraq duasını oxumağa davam etdiyi görünür.
Sosial mediada paylaşılan görüntülər isə minlərlə insan tərəfindən bəyənilib.
QAZİLER.AZ