Batareyası qızan telefonlar keçmişdə qalacaq - Yeni maddənin kəşfi

Batareyası qızan telefonlar keçmişdə qalacaq -  Yeni maddənin kəşfi backend

Telefon istifadəçilərinin böyük problemi olan qızan batareya artıq tarixə qovuşacaq.

Qaziler.az NTV-yə istinadla xəbər verir ki, alimlər portativ cihazların işini məhdudlaşdıran ən mühüm amillərdən biri olan istilik problemi ilə bağlı inqilabi kəşf ediblər.

Tədqiqatçılar almaz liflərindən istifadə edərək nanotexnologiya ilə istehsal edilən bir maddənin dörd dəfə daha yaxşı soyutduğunu açıqlayıb.

Bundan sonra mobil telefonlar və portativ kompüterlər nanotexnologiya ilə hazırlanmış almaz soyuducularla dörd dəfə daha yaxşı soyudulacaq.

Alimlər texnikada istifadə edilən nano-almaz təbəqənin istiliyi ötürməsini dəfələrlə sürətləndirdiyini bildirirlər.

Tədqiqatçılar bildirirlər ki, bu soyuducular sayəsində gələcək smartfonlar həm daha sürətli, həm də daha rahat işləyə biləcək.

Temperaturun azalması ilə performansın artacağı və batareyanın ömrünün uzadılacağı vurğulanır.

QAZİLER.AZ

Diaspora