İqlim dəyişikliyi zürafələrin həyatına təhlükədir

İqlim dəyişikliyi zürafələrin həyatına təhlükədir backend

Qlobal istiləşmə ilə əlaqədar olaraq Yer kürəsinin orta temperaturu durmadan artır, nəticədə buzlaqlar tədricən yox olur və Yer kürəsi təhlükə altında qalır.

Yeni bir araşdırmaya görə iqlim dəyişikliyinə səbəb olan insan fəaliyyəti zürafələrin həyatını təhdid edir.

İlkin olaraq, Tanzaniyanın qısamüddətli yağışları, uzunmüddətli yağışları, quru mövsümlərdə yerli yağıntılar, bitki örtüyü və ümumi temperatur haqqında təxminən 20 illik məlumatlar toplanıb.

Bu 20 ilin son 8 ilində Tanzaniyanın Tarangire bölgəsində hər yaşdan və cinsdən olan 2385 zürafənin həyatı izlənilib.

Yağışlı mövsümlərdə zürafələrin sağ qalma ehtimalının azaldığını görən tədqiqatçılar bunu bu fəsillərdə parazitlərin və xəstəliklərin artması ilə əlaqələndiriblər.

Tədqiqatçılar Şərqi Afrikadakı iqlim dəyişikliklərinin, o cümlədən qısamüddətli yağışlar və daha intensiv yağışların zürafələrin varlığını təhdid edəcəyi qənaətinə gəliblər. Buna görə də zürafələrin qorunması üçün torpaqdan səmərəli istifadənin və brakonyerliyin qarşısının alınmasının vacib olduğunu vurğulayıblar.

QAZİLER.AZ

Diaspora