Londonda müsəlmanların yaşadığı bölgədə xidmət edərkən islam dini ilə tanış olan polis məmuru necə müsəlman olduğu haqda danışıb.
Qaziler.az xəbər verir ki, bu barədə “TRT World”ə müsahibə verən ingilis polis söylədikləri ilə diqqət çəkib. Paul səhv edən gəncləri gördükdə onları xəbərdar edərək ailələrinin yanına aparıb və insanlar Paulun bu davranışını çox bəyəniblər. Bu əməli qarşılığında o, müsəlmanlardan “İnşallah sən də müsəlman olarsan” duasını alıb.
“Kimsə məni buna məcbur etmədi” deyən Paul, vaxt tapdıqca islamı araşdırmağa və Qurani Kərimi oxumağa başladığını, 5 ayda iki dəfə Quranı oxuduqdan sonra Kəlime-i Şəhadəti deyərək müsəlman olduğunu bildirib:
“Əlhəmdülillah, beynimdə heç bir şübhə yoxdur. Buraya bir səbəbə görə qoyulmuşam. Mən sadəcə polis deyiləm, həm də bir qardaş, əmi, oğul, yoldaş, dost kimiyəm. Bununla şərəfləndirildim”.
Polis məmuru “niyə islamı seçdin” sualına “İslamı mən seçmədim, Allah məni seçdi” deyə maraqlı bir cavab verib.
QAZİLER.AZ