Kainatdakı hər şey buxarlanacaq

Kainatdakı hər şey buxarlanacaq backend

Hollandiyadakı Radboud Universitetinin müəllimləri tərəfindən aparılan araşdırmada kainatın tədricən buxarlanacağı və sonunda bu şəkildə yox olacağı proqnozlaşdırılır.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, məşhur fizik Stiven Hokinqin qara dəliklərin zamanla buxarlanaraq kütlə itirəcəyini və bunun nəticəsində ətrafa fərqli şüalanma yayacağını proqnozlaşdıran nəzəriyyəsi tədqiqatçılar tərəfindən yenidən qiymətləndirilib.

Astrofiziklər Michael Wondrak, Walter van Suijlekom və Heino Falcke tərəfindən aparılan araşdırmalar, prosesin qara dəliklərə xas olmadığını, lakin kosmos-zaman əyrisində yaranacaq əyilmənin bu hadisəyə səbəb ola biləcəyini müəyyənləşdirib.

Araşdırmanın Hokinq radiasiyasının və ya çox oxşar emissiyanın qara dəliklərlə məhdudlaşa bilməyəcəyini, hər yerdə yaşana biləcəyini və kainatın yavaş-yavaş buxarlandığını göstərdiyi qeyd edilib.

Hokinq şüalanması indiyədək müşahidə olunmayan bir hadisədir, lakin nəzəriyyə və təcrübələr bunun baş verə biləcəyini göstərir.

QAZİLER.AZ

Diaspora